“O adam xoşbəxtdir ki, o, vəzifəni yox, vəzifə onu gəlib tapır. Əgər, insan vəzifə axtarırsa, deməli, o, bunun məsuliyyətini dərk etmir. Təhsil çox məsuliyyətli sahədir. Təhsil naziri elə şəxs təyin olunmalıdır ki, məsuliyyəti çiyinlərinə götürə bilsin. Mən qətiyyən belə bir şey haqqında fikirləşmirəm”.
Bu sözləri AzEDU saytına verdiyi müsahibəsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov söyləyib.
O, müsahibəsində nazir olmaq istəməsi ilə bağlı yayılan məlumatlardan tutmuş, rəhbərlik etdiyi təhsil ocağı haqqında illərdir, açıq qalan bütün suallara cavab verib. Rektor eyni zamanda, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin adının universitetə qaytarılmasıyla bağlı mövqeyini açıqlayıb.


Şərhlər
BDU-nu .......
Mücərrəd adamdan mücərrəd sözlər.Azərbaycanda vəzifələr qohum-qardaş arasında paylandığını, çox hallarda rüşvətsiz mümkün olmadığından guya Abel müəllimin xəbəri yoxdur.Bu boş-boş sözlərlə özünün varlığını yada salır.Hələ bir belə rüşvətlə yoğrulmuşun daha yüksək vəzifəyə can aatdığını guya millət bilmir? Bəs bu yazı nə üçündür?
VƏZİFƏDƏ SƏN VƏ SİZLƏR OLMALIDIR. QALAN İNSANLARDA AĞIL YOXDUR.
Deyesen tehsil naziri olmaq isteyir
Siz yaxşı bilirsiniz ki,bu ölkədə vəzifə olmaq üçün Naxçıvanlı və sənin kimi Diaspora olmaq lazımdır! BDU-ya doldurmusan qohum əqrabanı-dekanlar, müavinlərin, müəllimlərin çoxu haralıdır. Hər il təhsil haqqından 25 milyon AZN yığırsan. Amma bir tələbə şəhərciyi tikə bilmədin,Büdcədən nə qədər pul alırsan. Deyirlər guya 2 min məqalən var, nə yaxt yazdın. Bəs elmə neçə istinad gətirmisən. Neçə adam tutdurdu
Yaxşısi budur gedin istefaya.