Menu

Respublika Narkoloji Mərkəzinin yeni binası yaxın zamanlarda istifadəyə veriləcək

02.03.2018, 12:02
Respublika Narkoloji Mərkəzinin yeni binası yaxın zamanlarda istifadəyə veriləcək

Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda yerləşəcək 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayonunda yerləşə Respublika Narkoloji Mərkəzində yanğın baş verib, 24 nəfər ölüb, 4 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol