İsrailin Fələstin ərazilərini bombardman etməsini israillilər dəstəkləyib.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İsrailin müxtəlif şəhərlərində minlərlə insan küçələrə çıxaraq “ərəblərə ölüm”, “fələstinlilərə ölüm” şüarları səsləndirib.
Etirazçılar fələstinlilərin yaşadığı yerləri daşa basıblar. Hadisə yerinə yaxın olan ərəblər özlərini müdafiə etmək istədikdə isə polis onlara müdaxilə edərək həbs edib.
Qeyd edək ki, İsrail ordusu artıq 3 gündür ki, Fələstin ərazisində əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində ölənlərin sayı 200 nəfəri keçib.


Şərhlər