Menu

Çin hərbi büdcəsini 8,1 faiz artıracaq

05.03.2018, 09:09

kitay03Çinin hərbi büdcəsi 2018-ci ildə ötən illə müqayisədə 8,1 faiz artaraq 175 milyard ABŞ dolları təşkil edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında hökumətin təqdim etdiyi məruzədə deyilir.

Sənədə görə, 2018-ci il üçün ÜDM artımı 6,5%-ə yaxın proqnozlaşdırılır. Eyni zamanda, hökumət cari ildə büdcə kəsirini 0,4%, ÜDM-nin 2,6% -dək azaltmaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol