Menu

Almaniya ABŞ rəsmisini ölkədən qovur

10.07.2014, 18:46
Almaniya ABŞ rəsmisini ölkədən qovur

ABŞ-ın ölkədə casusluq etməsi barədə ittihamlardan sonra Almaniya hökuməti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Berlindəki rəsmisinin ölkədən qovulması barədə göstəriş verib.

Məlumata görə həmin rəsmi ABŞ səfirliyində MKİ kontaktı kimi fəaliyyət göstərib. Qalmaqal Almaniya siyasətçilərini qəzəbləndirib.

Ötən həftə 31 yaşlı Almaniya kəşfiyyatçısı casusluq ittihamlarına görə həbs olunmuşdu.

Çərşənbə günü verilən məlumatlara görə alman əsgəri barədə də istintaq başlanılıb.

"Amerika Birləşmiş Ştatlarının səfirliyindəki ABŞ kəşfiyyat xidmətlərinin təmsilçisinə Almaniyanı tərk etmək barədə göstəriş verilib", Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol