Menu

"Gənclərin əsəbləri dözmədi və onlar Vidadi İsgəndərlinin atasının..." - Siyavuş Novruzov

05.03.2018, 21:35
"Gənclərin əsəbləri dözmədi və onlar Vidadi İsgəndərlinin atasının..." - Siyavuş Novruzov

Gənc ultra radikal fəalların bir qrupu Fransada mühacirətdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının qəbrini təhqir edib.

Virtualaz.org bildirir ki, hər şey videoya çəkilib və kadr arxası səs Vidadi İsgəndərlini Azərbaycanın maraqlarına xəyanətdə, qorxaqlıqda və ermənilərə işləməkdə ittiham edir.

Videodan görünür ki, gənclər təbii ehtiyaclarını birbaşa məzar daşı üzərində ödəyir, sonra da qəbiri qazaraq cəsədi Vidadi İsgəndərliyə göndərməyi təklif edirlər. Bu aksiya sosial şəbəkələrdə son dərəcə çoxmənalı reaksiyalara və qınamalara səbəb olub. Hətta radikal gəncləri vandalizmə və qəbiri murdarladıqlarına görə məsuliyyətə cəlb etməyə çağırışlar səslənir.

Baş verənlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da münasibət bildirib. Onun sözlərinə görə, radikallar qrupu bununla Azərbaycan xalqını təhqir etdiyi üçün Vidadi İsgəndərlidən qisas almaq qərarına gəlib.

Vidadi İsgəndərli

"Mübarizəni kişi kimi aparmaq lazımdır. Opponentlərin ailə üzvlərini, qohumlarını çirkin mübarizəyə qatmaq olmaz. Sən Avropada gizlənmisənsə, bu sənə insanları və onların ailə üzvlərini təhqir etmək hüququ vermir. Sənə bu hüququ kim verib? Belə xoşagəlməz hadisələr bu səbəbdən baş verir. Kimlərinsə əsəbləri dözür, kimlərinki isə yox", - deyə Siyavuş Novruzov yerli KİV-də bir növ Vidadi İsgəndərliyə müraciət edərək deyib.

Siyavuş Novruzov qeyd edib ki, əgər Vidadi İsgəndərli öz hərəkətlərinə məsuliyyətlə yanaşsaydı və Azərbaycan xalqını təhqir etməsəydi, onda nəticə də belə olmazdı.

"Hüquq-mühafizə orqanları Vidadi İsgəndərlinin atasının qəbiri ilə bağlı lazımi yoxlama aparacaq. Amma unutmaq lazım deyil ki, elə həmin Vidadi İsgəndərli Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərlərini daim təhqir edir. O, müxtəlif vəzifəli şəxslər, siyasi partiyaların rəhbərləri və ictimaiyyətin nümayəndələri barəsində ədəbsiz ifadələrdən istifadə edir. Əlbəttə, bütün bunlar onun tərbiyəsinin və mədəniyyətin səviyyəsindən xəbər verir", - deyə YAP rəsmisi vurğulayıb.

Şərhlər

Akif 2018-03-05 21:35:09

Siyvuş Novruzov,artıq heç kimə sirr deyil və bunu bütün dünya ictimaiyyəti,o cümlədən bizim xalq çox gözəl bilir ki,YAP yarandığı gündən antimilli siyasət aparır... Baş vermiş bu biabırçı hadisə məhz hakimiyyətin günahıdır...

NURəddin 2018-03-05 21:35:09

BU VİDADİ İSGƏNDƏRLİNİN TƏLƏBİNİN QİSMƏN YERİNƏ YETİRİLMƏSİ ANLAMINA GƏLİR.

Eldar 2018-03-05 21:35:09

Siyavuş heç olmasa danışma. Belə biabırçılıqdan sonra hər kəs sənin kimi çıxıb danışmaz. Ancaq............

R-n 2018-03-05 21:35:09

Ay molotovun kotleti,bele cixir ki,H.Aliyevin abidesine kraska atan genclerin de esebleri dozmeyib?Z

t.ədalət 2018-03-05 21:35:09

Qanunlar konkret cinayətkarı hədəfləyir.Övlada görə ölmüş bir insanın məzarından qisas almaq nadanlıqdan irəli gəlir.Belə bir vəziyyət adət halını alarsa,çox iyrənc bir sonluğa çevrilər.Vəzifə əbədi deyil.Ən güclü hakim Allahdır.Amma qisas, qisas alanların özünə də şamil oluna bilər.Dünyanın işini bilmək olmaz.Məzarların sükutunu pozanların öz məzarlarının da sükutu bir gün pozula bilər.

Nurəddin 2018-03-05 21:35:09

Görün debil Azərbaycan gəncliyi nə ilə məşğul olur. haram olsun

Shahin 2018-03-05 21:35:09

Goresen gece-gunduz Azerbaycan xalqinin var-yoxunu soyen Siyavushun, Hafizin .... O insanlarin hansilarki, yaziq olunun qebirini murdarlayib onlar vandalizmi madesi ile hebs edilmelidir. Gorun millet ne gunlere dushdu, axi o qebide bizimdir, muselmanindir buna yerli adamlar nece baxir, Allah bunlarin belasini ne vaxt verecek. Umid senedir ey boyuk Allah, dashlari sal bularin bashina

-------------- 2018-03-05 21:35:09

?????????????

babek 2018-03-05 21:35:09

Cox bisheref,vicdansiz movgedir.Dunyadan kocmushler aeasinda ferg yoxdur.H.Aliyevin heykeline kraska atana 10 il hebs,gebri tehgir edene ise hagg gazandirmag...... kotlet m. Ol,yere gir,diri goymadiniz, girdiniz, indi de yapishmisiz olulerden. Lenetler olsun...

x 2018-03-05 21:35:09

KİM OLUR OLSUN bu emeli edenler serefsizin serefsizidi

vetendas 2018-03-05 21:35:09

Yalan Danisma, Ayibdi! Yadindan cixarma ki, hami coreyi aqzina yeyir, qulaqina YOX !!!!! Bu tehqir butun xalqa qarsi edilmis bir tehqirdi. Movcud hakimiyyetin bu qeder gucsuz olduqunu bilmezdik. Ya da ki, bunu etdirenler Xalq ---- Hakimiyyet arasinda onsuz da olan bu derin ucrumu Nifretle doldurur. Ayibdi danisanda nezere al ki, bunlari oxuyanlar senden cox seviyyeli adamlardi. sen bu sozle yeqin cixdiqin Kendin ehalisin aldada bilersen. Men bilen sizler de Inkubatordan cixmamisiniz...

SUAL 2018-03-05 21:35:09

ƏQİDƏYƏ GORƏ ATANİN QƏBRİNİ BU CUR SON ƏXLAQSİZLİZLA TƏHQİR EDİLMƏSİ HEC DƏ XOŞAGƏLƏN HADİSƏ DƏYİL. O Kİ QALDİ VİDADİDİ NƏDİ AZƏRBAYCANİ VƏ YA XALQİ TƏHQİR EDİRSƏ HOTMƏTLİ YAP TƏMSİLCİSİ ZƏHMƏT CƏKİB HUQUQ CƏRCİVƏSİNDƏ ONUN TUTULUB AZƏRBAYCAN MƏHKƏMƏSİNƏ CİXARİLMASİNİ TƏMİN ETSİN VƏ BU DA DİGƏRLƏRİNƏ DƏRS OLSUN. NECƏ OLUE Kİ LAPŞİNİ TUTUB XUSUSİ RESLƏ GƏTİRDİLƏR. BƏS BU VİDADİ NƏMƏNİ Dİ Kİ YA SİYAVUŞ NOVRUZOV?YAZİRİQ EY..AMMA SAYT VƏRMİR NUYƏ AY QƏRDEŞ BİRDA NƏ VAR YA?

semed 2018-03-05 21:35:09

siyavus novruzov pis bir enenye haqq qazandirir. necede pis bir yenilikdir. bes sizin valideynerin qebrini beletehqir etseler ne deyersiniz? bu pis hereket olkede qan davalarina qisasciliga serait yaradir. bizim deputat bele fikirlesenden sonra bu olkeden umidi kesek daha. her rayonda qebir sahiblerini qohumlarindan ibaret narazilar ordusu yaratmaqla yaxsiliq etmirsiniz olkeye

İlgar 2018-03-05 21:35:09

Siyaguş bu danişigla o alcag hərəkət edənlərə bəraət gazandirir. Sizlər hansi millətin nümayəndəsiziniz?Şərəfi olan bu addimi atarmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol