«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası (RF) müdafiə nazirinin müavini Aleksandr Fomin «Rossiya 24» telekanalına verdiyi müsahibədə bəyan edib ki, Amerikalı hərbçilərin Suriyanın qərbində yaratdığı təhlükəsizlik zonasının Ət-Tanf yaşayış məntəqəsi terrorçular tərəfindən istirahət, yenidənqruplaşma və yenidənsilahlanma məqsədilə istifadə edilir.
Amerikalı hərbçilər nəinki bu barədə bilirlər, hətta terrorçuların bütün fəaliyyəti onların rəhbərliyi altında həyata keçirilir.
«Ət-Tanf yaşayış məntəqəsi rayonundakı 55 kilometr radiuslu təhlükəsizlik zonası bizi narahat etməyə bilməz. Bu, Suriyanın qərbində İraqla sərhəddir və burada mahiyyət etibarilə, terrorçular üçün qoruq yaradılıb. Onlar həmin rayonda yenidən silahlandırılır, hazırlanır, bu meydançadan da uyğun fəaliyyət (hücumlar) yapırlar. Bütün bunlar ABŞ-ın xüsusi əməliyyat qüvvələri və digər bölmələrinin rəhbərliyi altında baş verir» - deyə, Fomin bəyan edib.
Rusiyanı narahat edən başqa bir məqam da ondan ibarətdir ki, ABŞ hərbçiləri Rubkandakı qaçqın düşərgəsinə (Ət-Tanfın yaxınlığında yerləşir) humanitar konvoyu buraxmırlar. Bunun nəticəsində ordan çox mürəkkəb humanitar vəziyyət yaranıb.

Şərhlər