BMT-nin Baş katibi Pan Ki Mun Qəzzadakı vəziyyətlə bağlı təcili yığıncaq keçirilməsini tələb edib.
Axar.az xəbər verir ki, Baş katib təşkil etdiyi mətbuat konfransında bölgədə gün-gündən pisləşən vəziyyətə artıq kimsənin nəzarət edə bilməyəcəyini bildirib.
Pan Ki Mun İsrailin dövlət başçısı Benaymin Netanyahu ilə görüşdə bu hücumların qəbul edilə bilməyəcəyini və dərhal dayandırılmasını bildirib:
“İsrail vətəndaşlarını qorumaq mövzusundakı öhdəliklərə əməl etməlidir. Qəzzada öldürülən vətəndaş sayının artımını qınayıram, indi qisas zamanı deyil, ədalət zamanıdır”.
Xatırladaq ki, Qəzzadakı insani problemlərin həlli üçün BMT artıq hərəkətə keçib.


Şərhlər