Menu

17 yaşlı nişanlı qız intihara cəhd edib

06.03.2018, 16:08
17 yaşlı nişanlı qız intihara cəhd edib

Yevlax şəhərində özünü körpüdən kür çayına atan nişanlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub.

"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü B.Abdullayeva intihar etmək məqsədi ilə özünü Kür çayına atıb.

Əldə olunan məlumata görə, B.Abdullayeva nişanlı olub və ailə qurmaq istəməməsi səbəbindən valideynləri ilə mübahisə edib. Bundan sonra o, Kür çayının Yevlax şəhərindən keçən hissəsindəki körpüdən özünü çaya ataraq intihara cəhd edib.

B.Abdullayeva ərazidə xidmət aparan Mühafizə Polisinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol