Şahin Abdullayev: “İŞİD Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və digər körfəz dövlətlərinə də təsir edə bilər”
“İŞİD-lə bağlı Misirdə də böyük narahatlıq var”. Bunu AzPolitika.info-ya açıqlamasında Azərbaycanın Misir Ərəb Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Şahin Abdullayev İŞİD-in törətdiyi qətliamların Ərəb ölkələrində doğurduğu narahatlıqdan danışarkən deyib.
Səfir xatırladıb ki, İŞİD böyük islam xilafəti yaratmaq niyyətindədir: “Onlar artıq bunu elan da ediblər. Əlbəttə, hər kəs hadisələrin nəzarətdən çıxmasından ehtiyyat edir. Lakin qeyd edim ki, onların arasında elə qruplaşmalar da var ki, onların radikallıqla əlaqəsi yoxdur. Müsəlam Qardaşlar isə daim dövlətin əleyhinə olub, mitinq və aksiyalar keçirir. Hesab edirəm ki, İŞİD Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və digər körfəz dövlətlərinə də təsir edə bilər. Çünki İŞİD-in fəaliyyəti əslində sünni-şiə qarşıdurmasıdır. Baxmayaraq ki, müsəlman aləminin bu gün olduqca böyük problemləri var. Buna misal olaraq, Fələstini misal çəkmək olar. Digər tərəfdən bu, əslində bəzi böyük Qərb dairələrinin istəkləri idi və hazırda da bu baş tutub. Ötən il mən təxminən 8 şiəni dini məzhəbinə görə, döyərək öldürdüklərini gördüm”.
Şahin Abdullayev eyni zamanda İngiltərənin baş naziri Devid Kameronun “İranla danışıqlara başlasaq, İŞİD-in qarşısını almaq olar” bəyanatına da münasibət bidirdi: “Mən buna o qədər də əmin deyiləm. Çünki bunlar mətbuatda yayılan məlumatlardır. Mən də, ötən gün İngiltərənin İŞİD-ə qarşı 100 min adam hazırladığını oxumuşdum. Amma hər halda düşünürəm ki, İŞİD-in qarşısını almaq lazımdır”.
Ülkər Musazadə


Şərhlər