Menu

KİV: Mərakeş kralı həyat yoldaşından ayrılıb

22.03.2018, 22:45
KİV: Mərakeş kralı həyat yoldaşından ayrılıb

Mərakeş kralı VI Məhəmməd həyat yoldaşı Lalla Salmadan ayrılıb. APA-nın xəbərinə görə, bu barədə İspaniyanın "Hola" nəşri Kral Sarayına yaxın mənbələrə istinadən məlumat yayıb.

Kralın həyat yoldaşı ilə münasibətlərinin ötən ilin aprel ayında Kuba və Mayami səfərindən sonra korlandığı bildirilir. Qeyd olunur ki, məhz həmin səfərdən sonra L. Salma ictimai tədbirlərə qatılmayıb.

Qeyd edək ki, cütlüyün iki uşağı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol