Menu

Bakıətrafı dəmir yolu xəttinin təmiri və tikintisinə 100 milyon manat ayrılıb

07.03.2018, 18:42
Bakıətrafı dəmir yolu xəttinin təmiri və tikintisinə 100 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, akı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Şərhlər

EMİİN 2018-03-07 18:42:58

BAKİ ƏTRAFİNA DƏMİR YOLU CƏKMƏKDƏNSƏ BU KƏNDLƏRƏ SU XƏTTİ CƏKİN. VALLAHİ OLURUK HƏR VƏ HƏTA CİRKLİ 10 TONLUQ ASİNA 25 MANAT SY PULU ODƏMƏLDƏN. XƏZƏR RAYONU SUVALAN KƏNDİN DƏ SU PULU ODƏMƏKDƏ ZİHARA GƏLDİK. Bİ 100 MİLYONLARA BİZİ DƏ QATİN NƏ OLR.

t.ədalət 2018-03-07 18:42:58

Ziya Məmmədovun söküb dağıtdığı yolların bərpası Bakı üçün çox önəmlidir.Hacıbalanın sökdüyü tramvay yollarını da təzədən qurmağa ehtiyac olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol