Menu

ABŞ-ın desant gəmisi Qara dənizə girdi!

08.03.2018, 10:34
ABŞ-ın desant gəmisi Qara dənizə girdi!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) USSOakHill (LSD-51) desant gəmisi Qara dəniz hövzəsinə daxil olub. Bu barədə, Bosfordan keçən gəmilərin hərəkətini izləyən Türkiyə «Tvitter» mənbələri xəbər verib. Dərc olunmuş video-rolikdən görünür ki, Türkiyənin sahil-mühafizə gəmiləri ABŞ hərbi gəmisini necə müşayiət edir.

Bundan əvvəl ABŞ HDQ-nin 6-cı donanmasının komandanlığı xəbər vermişdi ki, sözügedən desant gəmisi «SpringStorm 2018» hərbi təlimlərində iştirak etmək üçün Rumıniya sahillərinə yola düşür. Təlimlər martın 8-dən 15-ə qədər davam edəcək. ABŞ hərbçiləri təsdiləyirlər ki, təlimlər iki ölkənin silahlı qüvvələrinin döyüş uyğunluğunun yüksəldilməsinə yönəldilib.

ABŞ hərbi gəmiləri müntəzəm olaraq Qara dənizə daxil olur. Məsələn, fevralın ortalarında «Tomaqavk» qanadlı raketləri ilə təchiz olunmuş «Karni» və «Ross» esminesləri Qara dəniz hövzəsinə daxil olmuşdu. Sonradan KİV-lər xəbər verdilər ki, ABŞ hərbçiləri Qara dəniz sularında yeni döyüş elektronikasını sınaqdan keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol