Menu

Terrorçulara meydan oxuyan qız – Fotolar

08.03.2018, 16:14
Terrorçulara meydan oxuyan qız – Fotolar

Türkiyədə məhmətçiklə çiyin-çiyinə terrora qarşı mübarizə aparan qadınların sayı günü-gündən artır. Teleqraf.com xəbər verir ki, Türkiyə mediası onlardan birini təqdim edib.

22 yaşlı Şahnaz Taran universiteti bitirdikdən sonra təlim keçərək təhlükəsizlik xidmətində fəaliyyətə başlayıb. O da atası kimi məhz bu sahəni seçib, hətta PKK ilə mübarizəyə də qoşulub.

Bir yandan ev işlərində anasına yardım edən Taran digər yandan vətənin keşiyində durmaqla xoşbəxt olduğunu deyir: “Vətəni qorumaq ən müqəddəs vəzifədir. Bir qadın kimi bu uniformanı geyindiyim üçün qürur duyuram. Lazım olsa Afrin üçün də əmrə hazıram.

Söhbət vətəndən gedirsə, kişi-qadın fərq etməz. Məncə, bütün türk qadınlar bu cür düşünürlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol