Menu

Lalə Şövkət Azərbaycanı tərk edib? - AÇIQLAMA

08.03.2018, 23:28

1lale“Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”.

Bu sözləri Strateq.az-açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib.

“Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb” – deyə o, vurğulayıb.

Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: “Biz bu seçkilərdə iştirak etmirik”.

ALP sədrinin sözlərinə görə, Lalə Şövkət siyasi proseslərlə bağlı KİV üçün mətbuat konfransı keçirəcək. “Bunun vaxtını deyə bilmərəm. Zamanında media üçün mətbuat konfransı keçiriləcək”.

Şərhlər

Bəhram Qarabağlı 2018-03-08 23:28:47

Dəyərli Lalə xanım, Sovet dövründə SSRİ Kremldən asılı idi. Müstəqil 25 ildə öz Qarabağına siyasi yol tapa bilməyən Azərbaycana MÜXALİFƏTin də, bütün azərbaycanlıların da düşüncə-təklifləri getdkcə kəsilən "hava-su" kimi gərəkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol