Menu

Türk ordusu Afrində sonuncu bölgəni azad edəcək

09.03.2018, 12:01
Türk ordusu Afrində sonuncu bölgəni azad edəcək

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı nəticəsində indiyə qədər 3149 terrorçunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Hazırda Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində Suriyanın Afrin bölgəsinin 60 faizini terrorçulardan təmizləyib. Artıq Afrinin 6 bölgəsindən 5-i – Cinderes, Raco, Şeran, Bülbül və Şeyx Hadid terrorçulardan azad edilib.

TSQ sonuncu bölgə olan Mabadlını PKK-dan azad etmək üçün hazırlıqlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol