Menu

BMT ali komissarı Duterteyə psixiatrik yoxlamadan keçməyi təklif etdi

09.03.2018, 16:12
BMT ali komissarı Duterteyə psixiatrik yoxlamadan keçməyi təklif etdi

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyn Filippin Prezidenti Rodriqo Duterteyə psixiatrik ekspertizadan keçməyi təklif edib.

Trend-in məlumatına görə, BMT nümayəndəsi bu təklifi R.Dutertenin ittihamlarına cavab olaraq səsləndirib.

Bir müddət əvvəl R.Duterte BMT-nin yerli xalqların hüquqları üzrə xüsusi məruzəçisi Viktoriya Taulu-Korpusu terrorçuluqda ittiham etmişdi. Onun adı 600 nəfərdən ibarət terrorçuluq fəaliyyətində şübhəli bilinən şəxslərin siyahısına salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol