Menu

JURNALİSTLƏRİN VII QURULTAYI: Amaşov yenidən sədr seçildi +FOTOLAR (Yenilənir)

10.03.2018, 13:16
JURNALİSTLƏRİN VII QURULTAYI: Amaşov yenidən sədr seçildi +FOTOLAR (Yenilənir)

Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.

***

Azərbaycan jurnalistlərinin VII qurultayı öz işinə başlayıb. Trend-in məlumatına görə, bu gün qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qurultayda, həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunurlar.

Azərbaycan Jurnalistlərinin 7-ci qurultayında ilk olaraq dövlət himni səsləndirildikdən sonra prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. 

Məktubda qeyd olunur: "Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılmış, rredaksiyaların maddi texniki bazasının məhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin birinci qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış etmiş, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanmışdır. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensilaına malik Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzunua ciddi təsir göstərdiyi müasir dövürdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırki vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram".

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov  jurnalistlər adından dövlət başçısına təşəkkür edib.

Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə də təbrik edib.

Mətbuat Şurasının sədri bildirib ki, ötən qurultaydan keçən müddət ərzində Mətbuat Şurasına 3145 şikayət daxil olub: “Müraciətlərdən 2213 şikayət həllini tapıb, 932 ilə bağlı razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilı bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarıq edilib”.

Ə.Amaşov qeyd edib ki, Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir: “Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir onu anlamırıq. Şuraya qarşı fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaq, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir. Lakin müasir dövr medianın reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir: “Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də bu dəstək olmalıdır”.

Qurultay davam edir.

[gallery columns="5" size="full" ids="401349,401350,401351,401352,401353,401354,401355,401356,401357,401358,401359,401360,401361,401362,401363"]

Şərhlər

İlqarın dostu 2018-03-10 13:16:15

....Ayrı cürə mümkün ola da bilməzdi.oxumuş adam ayrı şeydir.

Sual 2018-03-10 13:16:15

Necə olur ambudsman 15 il, baş prokuror 29 il, meteraligiya 25 il, gomruk ondan da artiq və nəhayət olmaya maliyə nziri isə ömurluk vəzifələrində qalir amma Amaşov yox...?

Mirzə AĞ 2018-03-10 13:16:15

... Çağdaş Azərbaycanda jurnalist yeri kalafa kimi görsənir - bu kalafada məddahlar, yaltaqlar meydan sulayirlar...

məmmədqulu 2018-03-10 13:16:15

Bu ölkədə vəzifəyə bir dəfə yüksələn bir daha enmir. Allah sənə rəhmət etsin ey Rəsulzadə.

t.ədalət 2018-03-10 13:16:15

Mətbuat şurası deyilən bu qurum adamın yadına keçmişdə iş öküzlərini arabaya qoşmaq üçün istifadə olunan taxta boyunduruğu salır.Bu gün bizə elə bir mətbuat qurumu lazımdır ki,torpaqlarımızı və dövlətçiliyimizi təhlükə altında saxlayan ,ərazilərimizdə günahsız insanların qanını axıtmaqdan yorulmayan erməni-rus hərbiçiləri haqqında informasiyaları dünya ölkələrinə çatdıra bilsin.Çünki,hələlik qələbə ermənilərin əlindədir,əraziləri işğal altında qalan ölkə bizik.Gərəksiz ideyalar milləti uçruma aparır..

keçici qırmızı bayraqlar 2018-03-10 13:16:15

Mübarək, mübarək a bəy toyun mübarək!
Mən istəyən bu qurultay işçilərinə hərəsinə bir ev.
P.S.Brejnovdan sonra qurultaylar və uzun sürən gurultulu zırıltılı alqışlar olmurdu.Əla!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol