2018-ci il martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 və 26 yanvar tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.
DİM-dən APA-ya verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə və Mingəçevir regional bölmələri də daxil olmaqla 12 müxtəlif yerdə təşkil edilib.
Gün ərzində keçirilməsi nəzərdə tutulan 95 müsahibədən 38-i aparılıb, 57 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 18-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.
Məlumatda bildirilir, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək


Şərhlər
Məleykənin dərdi azarı qurtarlb gedib müqavilələri yoxlayacaq. ..........
NE MENASI VAR İMTAHAN VERİB HƏR İKİ TURU KEÇƏN QULLUQÇU BAŞQA SAHƏYƏ TƏYİN OLUNUR MÜSABİQƏYƏ ÇIXAN YERLƏR MÜQAVİLƏ İLƏ QƏBUL EDİLƏNLƏR HESABİNA DOLUR YALANDIR YOXLASIN MƏLEYKƏ XANIM
DİM də heç də o biri idarə və nazirliklərdən zərrə qədər geri qalmır. Respublikada "bütün xərclər şəffaf olduğu halda", DİM-ə nə qədər dövlətdən pul ayrılır, onu heç kim bilmir, hələ üstəlik onlar imtahanları "qızıl yumurta" qiymətinə camaata sırıyırlar. Bəs bu pullar hara gedir, həmişə də ağlayırsınız ki, vəsait xərclədik. Bəs vəsait xərcləməlisən ki, beşqat qazanasan.