Menu

Prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb

10.03.2018, 15:15
Prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb

Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.

MSK sədri indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol