Menu

Azərbaycanda 1200 məktəbli abort etdirib – Dəhşətli statistika

11.03.2018, 10:22
Azərbaycanda 1200 məktəbli abort etdirib – Dəhşətli statistika

“Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb”.Bunu big.az saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov qeyd edib ki, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir: “Təəsüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında az yaşlıların, məktəblilərin sayı çoxalır. Bu kimi halların baş verməsinin əsas səbəbi məktəblərdə nəzarətsizliyin hökm sürməsi, səlahiyyətli şəxslərin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməməsidir. Bu kimi halların baş verməsinə şagirdlərin fiziki inkişafla bağlı məlumatsızlığı da təsir göstərir. Şagirdlər arasında cinsi inkişaf, onun fəsadları ilə bağlı lazımi maarifləndirmə tədbirləri görmək lazımdır. Avropa və Amerika ölkələrində bununla bağlı xüsusi təlimçilər var.

Amma biz yalnış olaraq düşünürük ki, bu şagirdlərə daha da açıq olmaq və beyinlərini oyatmaq kimi olacaq. Bu heç də belə deyil. Necə olur ki, hər gün siqaret əleyhinə, narkomaniya əleyhinə, erkən nikahlar əleyhinə təbliğatlar aparırırq, amma heç bir fəsad yoxdur, amma zorlama, cinsi istismar, onun fəsadları barədə təbliğat aparmaqdan qorxuruq. Əlbəttə ki, bunu qız və oğlan şagirdlərə fərqli olaraq marifləndirmək lazımdır. Əgər bu kimi tədbirlər görülsə, şagirdlər arasında abort hallarının sayı kəskin şəkildə azalacaqdır”.

Şərhlər

X 2018-03-11 10:22:44

Statistikaya rəsmi statistika üzrə üzrə abort etdirmiş 1200 nəfər qız və
şübhəsiz gizli şəkildə də bir o qədər abort elətdirmiş qızlar həkimlərin xidmətlərindən yararlanıb bakirəliyini bərpa edib ərə gedəndən sonra oğlanların ailə üzvlərinin başına nə fəlakətlər gətirirsə bir Allaha və hər vasitə ilə belə həyasızların tərəfini saxlayıb onların xeyirlərinə qətnamələr çıxardan hakimlərə məlumdur.Əsas dəhşətli statistika budur.

müəllim 2018-03-11 10:22:44

Bu halların baş verməsi şagirlərin təhsili ilə məktəblərin ciddi məşğul olmamasıdır.Son 5-6 ildə sanki ölkədə təhsil nazirliyi olmayıb, məsuliyyət, cavabdehlik hissi ləğv edilib.Ona görə şagirdlər dərsdən yayınr,müəllimlər səhlənkarlığa,tərbiyəsizliyə yol verir. Bu 1200 rəqəminin baş verməsi adi hal kimi qəbul olunmamalıdır.Ciddi nəticələr çıxarılmalıdır.

0000 2018-03-11 10:22:44

Abort elətdirən qızın anasının başına daş düşsün.

azpolitikaya 2018-03-11 10:22:44

bu kamran kimdi ki özünü ağıllı sayır? xalq onu yaxşı tanıyır. internetdə axtarış verin siz də kimliyini öyrənin. adını təhsil eksperti qoyub müsahibə də götürürlər. təhsilimiz necədirsə ekspertləri də elənçidi.

kamrana 2018-03-11 10:22:44

abortlar barədə narahat olmayın görürsüz gənclər necə maariflənib oğlan prezervativ istifadə edir

Mühəndis 2018-03-11 10:22:44

Bunun əsas səbəbi Azərbaycanda təhsildə,səhiyyədə,ümumiyyətlə icra orqanlarında,nazirlər kabinetində,MM-də oturanlarda axtarmaq lazımdır.Onlar bu respublikanı baxın belə acınacaqlı vəziyyətdə qoyublar.Özü də pafoslu inkişafdan danışırlar.Ölüb yerə girsəydilər bu millətin,xalqın canı qurtarardı.Buna da müxalifət,müxalifət yönlülər günahkardır? ....

hərbi pensiyaçı 2018-03-11 10:22:44

İnternet əxlaqsız saytlar və telefonlardan nəzarətsiz istifadə orta məktəb şagirdləri arasında belə halların ciddi artmasına səbəb olur. Məktəblərə telefon gətirilməsi qanunla qadağan olunmalıdır. Tənəffüs vaxtı, dərs vaxtı müəllim səhlənkarlığından istifadə edən şagirdlər belə əxlaqsızlıqla məşğul olurlar. ancaq onunlada razılaşmaq olmaz ki, bu əxlaqsız hərəkətlərin hamısı məktəbdə baş verir. bu belə deyildir. İctimai nəzarət polis nəzarəti tələb olunan yerlərdə də bu baş verir. Gecə kafeləri, əxlaqsızlıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol