Menu

Qobustanda zəncirvarı qəzada 3 nəfər xəsarət alıb - YENİLƏNİB

11.03.2018, 11:52
Qobustanda zəncirvarı qəzada 3 nəfər xəsarət alıb  - YENİLƏNİB

Qobustan rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsində 3 nəfərin xəsarət aldığı məlum olub.APA-nın yerli bürosunun xəbərinə görə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Mersedes", "VAZ 2109" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon sakinləri-1993-cü il təvəllüdlü Cəfərli Şakir Balamirzə oğlu, 1987-ci il təvəllüdlü İbadov Elmir Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Cəfərov Rəmşid Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 8.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində 3 avtomobilin iştirak etdiyi zəncirvarı qəzada çoxlu sayda yaralının olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol