Menu

Dəhşətli avtoqəzaya səbəb olan şəxsə 6 illik həbs cəza…

11.03.2018, 19:46
Dəhşətli avtoqəzaya səbəb olan şəxsə 6 illik həbs cəza…

Bakıda ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan avtomobil qəzası törədən Elçin Musayevin məhkəməsi baş tutub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elçin Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, avtomobil qəzası ötən ilin may ayında baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2017-ci il mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən Rüfət Paşayev də xəstəxanda ölüb.

Qəzaya düşən avtomobillərdən biri Hərbi Dəniz Qüvvələrinə məxsus olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol