Menu

Rusiyada terror aktının qarşısı alınıb

11.03.2018, 18:37
Rusiyada terror aktının qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilir ki, bununla bağlı əməliyyat bu gün keçirilib. Terrorçular onların avtomobilinin təqib edən xidmətin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı cinayətkarlar yaralanıb. Onların xəsarətinin ağır olduğu bildirilir.

Hadisə yerinə baxış keçirilərkən terrorçuların istifadə etdiyi tapançalar, əldəqayırma qumbaralar aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol