Menu

9 yaşlı uşaq göldə boğulub

12.03.2018, 13:49
9 yaşlı uşaq göldə boğulub

Cəlilabad rayonunda 9 yaşlı uşaq göldə boğulub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Müşfiq oğlu Mənsimov balıq tutmaq istəyərkən ayağı sürüşüb və gölə düşüb.

Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol