Menu

Dünyanın ucuzluq olan ölkələri - Azərbaycan 35-ci yerdədir

12.03.2018, 16:31
Dünyanın ucuzluq olan ölkələri - Azərbaycan 35-ci yerdədir

ABŞ-ın “GOBankingRates” maliyyə portalı yaşayış üçün ən ucuz 50 ölkənin adını açıqlayıb. Novator.az-ın məlumatına görə, 115 ölkə beş əsas göstərici üzrə araşdırılıb: alıcılıq qabiliyyəti, mənzil kirayəsinin, qida məhsullarının qiyməti, mal və xidmətlərin dəyəri, restoran və barlardakı qiymətlər.

Yaşayış üçün ən ucuz ölkələrin ilk üç pilləsində Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan göstərilir. Sonrakı yerlərdə Tunis, Zambiya, Ukrayna, Meksika, Misir, Banqladeş və Makedoniya dayanır.

Ən ucuz ölkələr siyahısında Azərbaycan 35-ci yerdədir.

Reytinq cədvəlində keçmiş SSRİ-dən Gürcüstan 16-cı, Moldova 19-cu, Belarus 27-ci, Qazaxıstan 31-ci, Ermənistan 34-cüdür.

Ən ucuz ölkələr cədvəlində İran 23-cü, Türkiyə 26-cı sırada yer alır.

50 ölkəlik siyahını Macarıstan qapayır.

Şərhlər

hərbi pensiyaçı 2018-03-12 16:31:06

Minium əmək haqqının neçə dollar olduğunu da yazın, onda bilinər ki, hansı ölkədə həqiqətən ucuzluqdur. Aldığımız əmək haqqının 70-80%-ni ərzaq əlimizdən alır. Azpolitika Sizcə buna ucuzluq deyirlər. Amerikada səhv etmirəmsə ətin kq-mı 5 dol. başlayır minium əmək haqqı 2500-3000 dollardır. Bizdədə ətin kq-ı 5 dollardan başlayır lakin minium əmək haqqı 87 dollardır. Sizcə hansı ölkədə ucuzluqdur. Caamaatı hərf hesab etməyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol