Menu

Afrində türk əsgəri şəhid olub

13.03.2018, 00:31
Afrində türk əsgəri şəhid olub

Martın 12-də Suriyanın Afrin bölgəsində 1 türk əsgəri şəhid olub, daha 1-i yaralanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumata əsasən, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin bölgəsində məhv edilən terrorçuların sayı 3381 nəfərə çatıb.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol