İyulun 10-da Prezident İlham Əliyev işdən evə qayıdarkən tıxacda qalıb. Bu barədə AzPolitika.info-ya Daxili İşlər Nazirliyindəki mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, Dövlət Yol Polisi İlham Əliyev işdən çıxan zaman onun gedəcəyi marşrut üzrə hərəkəti nizamlaya bilmədiyindən prezident korteji 4 dəqiqə tıxacda qalıb. Bu “çp” DYP-də və Bakı Şəhər Baş Polis İdarəsində böyük çaxnaşmaya səbəb olub.
Bizə verilən məlumata görə, hadisə ilə bağlı çox ciddi araşdırma başlayıb, yüksək rütbəli DİN əməkdaşlarının cəzalandırılacağı gözlənilir.
Vaqif NƏSİBOV
“AzPolitika”


Şərhlər