«AzPolitika.info»Rusiya KİV-nə istinadla xəbər verir ki, Böyük Britaniya hakimiyyətinin ehtimalına görə, Rusiya Baş kəşfiyyat idarəsinin (BKİ) keçmiş əməkdaşı Sergey Skripalın zəhərləndiyi «Noviçok» qazı hələ ötən əsrin 80-ci illərində Dövlət elmi-tədqiqat üzvi kimya və texnologiya institutunda işlənib hazırlanıb.
Bu barədə «Kommersant» qəzeti yazıb.
Maddənin yaradıcılarından biri onu çox güclü və dünyada mövcud kimyəvi silahlar arasında analoqu olmayan zəhər adlandırıb.
Elmi-tədqiqat institutu (ETİ) məxfiliyə istinad edər'k, hər-hansı şərhdən yayınıb.
Bununla bərabər, «Kommersant» xatırladır ki, ötən ilin sentyabrında Rusiya Federal hakimiyyəti bütün kimyəvi silah ehtiyatının tamamilə məhv olunduğunu elan edib.


Şərhlər