Menu

"Üzümü ölkə daxilindəki bədxahlarımıza tuturam..." - Yaqub Mahmudov

14.03.2018, 11:53
"Üzümü ölkə daxilindəki bədxahlarımıza tuturam..." - Yaqub Mahmudov

"Bu gün Tarix İnstitutuna qara yaxanlar var. "Facebook"da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər".

APA-nın xəbərinə görə, bu sözləri azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. "Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər", - deyə o, söyləyib.

Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol