İranlı deputat: “Gənclərin hicaba inamı xeyli zəifləyib”
İran parlamentinin deputatı Səkinə Omrani jurnalistlərə gənclərin hicaba laqeyd münasibətindən gileylənib. “Media forum” saytının məlumatına görə, Səkinə Omrani deyib ki, ölkədə hicab məsələsi əvvəlki illərlə müqayisədə öz əhəmiyyətini itirib: “Təəssüflər olsun ki, bu gün gənclərin hicaba inamı xeyli zəifləyib. Bu isə ölkə rəsmiləri üçün bir xəbərdarlıqdır. Onlar bu məsələyə biganə qalmamalıdır.
Danışmaq və nəsihət verməklə hicab məsələsi və onunla bağlı problemlər düzəlməz. Hesab edirəm ki, ölkə telekanallarında və kinolarda ekrana çıxan aktrisaların geyimi elə olmalı və ya elə seçilməlidir ki, hicab məsələsinin həssaslığını əks etdirərək problemin əhəmiyyəti ilə bağlı tamaşaçılara təsir göstərə bilsin”.


Şərhlər