“Real” TV fəaliyyətə başlayıb.
“Report”un məlumatına görə, “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.


Şərhlər
Yazıq 5-ci dəfə evlənmək istəyir parası yoxdur da.
P.S. Görəsən İlk verilişində kimi mədh etməklə başlayıb.
Chox yaxshi .Gorek, vedine emel edecekmi? Qisasini layiqince ala bilecekni?
Axı nəyə lazımdır bir belə televiziyalar, veriliş də hazırlaya bilmirlər. Nə vaxt kanala baxırsan eyni adamlar ağzlarına gələni danışır, studiyada yersiz zarafatlaşır, boş-boş danışıb hırıldaşırlar, aparıcılardan Xəzərdəki Zaur, Xoşluqədəm, ATV-dəki Zaur Baxşəlyev heç özlərini apara bilmirlər və sanki vaxt keçirmək xatirinə verlişi necə gəldi səviyyəsiz şəkildə aparırlar, ərlərindən boşanmım müğənnilərdən Röya, Aygün Kazımova, nəbilim Nadir Qafarzadə, Tünzalə, faiq Ağayev, Mətanət, Məleykə və bir çoxları əllərində mahnı diski bu kanaldan çıxıb o biri kanalda girib disklərini aparatlara soxuşdurub yalandan ağızlarını tərpədirlər və özlərinə toy tuturlar. Olmaz belə, düzgün deyil. Hələ bir çoxları......