Menu

Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan 87-cidir

15.03.2018, 10:33

baku baki azerbaycan ehaliBMT 2018-ci ildə dünyanın ən xoşbəxt ölkələrinin yer aldığı "The World Hapiness Report" hesabatını dərc edib.

“Report” xəbər verir ki, Azərbaycan reytinq siyahısının 87-ci pilləsində qərarlaşıb.

Reytinq tərtib olunan zaman əhalinin gözlənilən uzunömürlülüyü, sosial təminatı, korrupsiyanın səviyyəsi və s kimi göstəricilər nəzərə alınır.

Siyahıda 156 ölkə yer alıb. Ən xoşbəxt ölkə Finlandiya hesab edilib. İkinci yeri ötənilki lider Norveç, üçüncü yeri isə Danimarka tutub. İlk onluğa İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub.

Şərhlər

Burkingemli Rəfiqə 2018-03-15 10:33:56

Xəbərdə sadalanan ölkələrin hansı adambaşına Azərbaycandan çox strateji sərvətlər satır? Hansı hər il öz büdcəsinin yarısı qədər xaricə sərmayə atır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol