Menu

HACI İBRAHİM İŞ ADAMLARINI DA ALDADIB - Pullarını tələb edənləri isə təhqir etdi

15.03.2018, 11:09

Haci IbrahimBeynəlxalq Bankdan 100 milyonlarla manat kredit alaraq qaytarmayan, çoxsaylı yalan vədləri ilə tanınan iş adamı İbrahim Nehrəmli (Hacı İbrahim) Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.

Bu haqda “Bizim Yol” məlumat yayıb. Qəzetə müraciət edən şikayətçilər bildirib ki, iş adamının adıçəkilən ünvanda tikdirdiyi, lakin başa çatdırmadığı ticarət mərkəzindən ofis, maqazin alan vətəndaşlar onu yalançılıqda suçlayıb : "Onlar alqı-satqı etməzdən əvvəl, Hacı İbrahimin  söz verdiyi tikintini tezliklə yekunlaşdıracağını bidirsə də, bu baş tutmayıb. Əvəzində Hacı İbrahim “Xəzər adaları”nı tikdirməyə başlayıb ki, ora da qoyulan milyonlardan xəbər yoxdur və tikinti dayanıb. Hazırda redaksiyamıza müraciət edən vətəndaşlar pullarının geri qaytarılmasını, ya da ticarət mərkəzini tikib yekunlaşdırılmasını tələb edirlər. Bununla bağlı bir çox yerlərə şikayət etsələr də nəticəsi olmayıb".

Vətəndaşlardan redaksiyamıza daxil olmuş şikayətlər əsasında "Bizim Yol" məşhur iş adamı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. O sayta qıssa açıqlamasında məsələdən xəbərsiz olduğunu, bu barədə danışmaq istəmədiyini bildirib: “İnsanlar çox şey danışa bilərlər. Mən bu barədə məlumatsızam. Kim nə deyirsə, o demək deyil, o hamısını düz deyir. İt hürər karvan keçər. Mən bundan artıq heç nə deməyəcəm. Özüm də mən söz vermişəm ki, heç bir sayta açıqlama verməyəcəm.”

AzPolitika.info

 

Şərhlər

AAgahuseyn 2018-03-15 11:09:57

O məxluqa HACI demək günahdır. hiyləgər-allahsız-kəmsavad-kəmfürsət-Dövlətin və xalqın əmlakını mənimsəyən.Belə adama deyərlər it hürər karvan kecməz.Karvanı inişalla respubilka PROKURORLUQU saxlayar.

pensioner 2018-03-15 11:09:57

Hacı İbrahim əsl muzey eksponatıdır.Belə bir savadı,dünyagörüşü ilə.

Bashirov Qarib 2018-03-15 11:09:57

It hurer,karvan kecher, deyir, borcunu isteyenlere.Haca gedib gelenden sonra,daha da azginlashan,tamah herisliyi, dunya malini daha chox qamarlamaq isteyen is adamlarinin umumi simasidir , hormetli Haci Ibrahim Nehremli.

avam şofer 2018-03-15 11:09:57

ibrahim iş adamlarını aldatmasaydı indi zindanda olardı,qohum əqrabası da vəzifələrindən uzaqlaşdırılardı.Tak çto nə eləyibsə "qanun"a uyğun olub.

revan 2018-03-15 11:09:57

heyasizliqin heddi hududu olmalidir

G.M 2018-03-15 11:09:57

Hacı İbrahimdə nə günah var ki..Büdcənin pulunu ,Xalqın əmlakını,Millətin müqəddəratını dələduz hacılara,işdən xəbərsiz ``iş adamlarına`` həvalə edənlər cavab verməlidirlər.Anoloqu olmayan ictimai-iqtisadi mühitin müəllifləri Hakim qarşısında dayanmalıdırlar.hacı ibrahim balaca dələduzdur.Yekələri kreslolarda vırlanırlar.

vetendas 2018-03-15 11:09:57

Nehremkimiler,memurlar,nazirler daha kimler Beynalxalq Banki talan etdiler. Hakimiyyet neye gore se( ozunuz bilirsiz) onlarin oqurladiqlari pullari bizim budceye verdiyimiz velir vergisi hesabina defelerle odedi.( bizim maaslari artirmaq evezine) .Onlardan almadi. Bizim xestelik ucun 0,78 mezenne ile goturduyumuz pulun evezine ozu demisken, 500% bizden teleb edirler. Niye bize komek etmirler? Daha niye onlara inanmaliyiq?!?Yalan,uste qurulmus olkeyik. HANI EDALET?!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol