Menu

AMB Çinin maliyyə bazarına investisiya yatırmaq planını təxirə salıb

15.03.2018, 13:47
AMB Çinin maliyyə bazarına investisiya yatırmaq planını təxirə salıb

"Azərbaycan Mərkəzi Bankı (AMB) Çinin maliyyə bazarına investisiya yatırmaq niyyətində olsa da, real olaraq bu prosesə başlamaq üçün zəmin yoxdur".

“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib. Onun sözlərinə görə, Çinin maliyyə bazarına investisiya yatırmaq üçün ehtiyac yaranmadığından bununla bağlı konkret qərar qəbul edilməyib.

Xatırladaq ki, iki il əvvəl AMB Çinin maliyyə bazarına 500 mln. dollar həcmində investisiya yatırmağı planlaşdırdığını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol