Menu

Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb

16.03.2018, 12:29
Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb

Azərbaycan Xarici İşlər Nazirliyi İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır.

APA-nın xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”

E. Məmmədyarovun sözlərinə görə, artıq Nazirlər Kabinetində bununla bağlı İşçi qrup fəaliyyət göstərir: “Orada həm Xarici İşlər Nazirliyinin, həm də digər qurumların nümayəndələri təmsil olunur”.

Şərhlər

Memmed 2018-03-16 12:29:17

Mende ele bildim avropadakıları geri qayrarır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol