Menu

"Bu tələblərə cavab verən şəxslər yeni hökumətdə yer alacaq" - Deputat

16.03.2018, 13:25
"Bu tələblərə cavab verən şəxslər yeni hökumətdə yer alacaq" - Deputat

“Hökumət bir aydan sonra istefa verəcək”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Zahid Oruc deyib.

O bildirib ki, prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq:

“Yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq. Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol