Menu

Abşeron rayonunda yaşayış evi yandı

17.03.2018, 00:18
Abşeron rayonunda yaşayış evi yandı

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 70 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol