Menu

Türkiyə Avropanı terrordan qoruyur - Yıldırım

17.03.2018, 10:57
Türkiyə Avropanı terrordan qoruyur - Yıldırım

Türkiyə Avropanı terrordan qoruyur. Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Avropa Parlamentinin Afrinlə bağlı qətnaməsini şərh edərkən deyib.

Türkiyə baş nazirinin sözlərinə görə, Avropa özü terrorla mücadilə etmək iqtidarında deyil və bacarmır.

B.Yıldırım qeyd edib ki, Avropa Türkiyə üçün dua etməli və terrorizmə qarşı uğurlu mübarizə apardığı üçün Ankaraya təşəkkür etməlidir.

Qeyd edək ki, Avropa Parlamenti Afrində hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol