cahangirCahagir Hacıyev Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik etdiyi dövrdə bankın 60 milyon manat krediti hesabına ərsəyə gətirilən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılacaq. Aprelin 9-da keçirilməsi planlaşdırılan hərracda kompleksin ilkin qiyməti 37 milyon 744 min manat müəyyən olunub. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10 milyon 536 min 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 milyon 950 min 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 milyon 256 571 manatdır.

Kompleks ilk dəfə ötən il “Bakı Fındıq Emalı” müəssisəsi adı altında hərraca çıxarılıb. Müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən “Azərkredit” hərraca çıxarıb. Həmin vaxt hərraca çıxarılan “Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti fərqli olmayıb - 37 milyon 744 min manat müəyyən edilib.

Qeyd etdiyimiz kimi, müəssisə ABB-dən ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var. Cəmiyyətin ümumi istehsal gücü: minimum 5 min ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılıb. İlk açıq hərrac 15 avqust 2017-ci ildə keçirilib. “Bakı Fındıq Emalı” müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Sonradan keçirilən hərracda adı açıqlanmayan şirkət müəssisəni ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa boyun olsa da, sonradan “Aqrarkredit”in şərtlərinin ağırlığı qarşısında geri çəkilməli olub.

“Bakı Fındıq Emalı” müəssisəsi ile ilgili görsel sonucu

Yada salaq ki, “Aqrarkredit” bank olmayan kredit təşkilatına 2015-ci ilin iyulundan bəri ABB-nin problemli aktivlərinin idarə olunması tapşırılıb. Bankın təxminən 10 milyard manat dəyərində aktivləri “Aqrarkredit”ə ötürüb. “Aqrarkredit” istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul ABB-yə ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır. “Aqrarkredit” QSC fəaliyyətə başlayandan bu günə qədər maliyyə hesabatlarını açıqlamadığından, ABB-nin problemli kreditlərinin idarə olnması ilə bağlı aydın mənzərə yoxdur. O, indiyədək yalnız satışa çıxarılan bir neçə əmlakın (

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən ABB-nın keçmiş rəhbəri Cahangir Hacıyev məhkəmələrindəki çıxışlarında bankın çətin duruma salması ilə bağlı ittihamları rədd edib. Aprelin 9-da “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” adı altında hərraca çıxarılacaq, o dövrdə “Bakı Fındıq Emalı” müəssisəsi adlandırılan müəssisəyə ayrılan 60 milyon manatlıq kreditin mənimsənilmədiyini bəyan etmişdi. Onunla müttəhimlər kürsüsünü bölüşən Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 60 milyon kreditin müəssisənin genişləndirilməsinə xərlcəndiyini bildirmişdi. Ortada ABB-nin 10 milyardlıq buxarlanmış krediti, “Aqrarkredit” və onun rəhbəri “Şapka Mamed” var. Ortada olmayan isə C.Hacıyevdir.

Molla Nəsrəddin demişkən, bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?(musavat.com)