Menu

Ahıl qadın intihar edib

17.03.2018, 13:09
Ahıl qadın intihar edib

Ağsu rayonunda ahıl qadın intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nüydü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-ci il təvəllüdlü Bayramova Mənsurə yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol