Menu

AZAL-a MƏXSUS TƏYYARƏDƏ PARTLAYIŞ OLUB - FOTOLAR

17.03.2018, 17:42
AZAL-a MƏXSUS TƏYYARƏDƏ PARTLAYIŞ OLUB - FOTOLAR

İstanbuldakı Atatürk hava limanında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Boeing 767-300” təyyarəsində partlayış baş verib. Türkiyə mediası  xəbər verir ki, partlayışa ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində baş verib.

Bakı - İstanbul reysini həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 12.50-də Atatürk hava limanına enib. Ekipaj üzvü sərnişinlərin təyyarədən enməsi üçün qapıları açmağa başlayanda sol arxa qapıdakı "slide"ni (təxliyə avadanlığı) səhvən partladıb.

Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib, sərnişinlər təyyarədən çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol