Menu

Ərdoğan İŞİD-ə: "Səbrimiz tükənir"

12.07.2014, 11:01
Ərdoğan İŞİD-ə: "Səbrimiz tükənir"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Yaşılay Cəmiyyətinin təşkil etdiyi iftar ziyafətinə qatılıb. ANS PRESS-in məlumatına görə, Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə iftar süfrəsinin verildiyi qəsrə sahil təhlükəsizliyinə aid bir qayıqla gedib.

İftar yeməyindən sonra çıxış edən baş nazir Ərdoğan İŞİD-ə səslənərək "İraqdakı qardaşlarımızın sağ-salamat dönməsi üçün əlimizdən gələni edirik. Ancaq səbrimiz son həddinə gəldi. Sənə bir zərəri olmayanlara bunu edə bilməzsən. Hazırda o qardaşlarımız çox çətin şərtlərdə yaşayırlar. İŞİD-ə səslənirəm. Konsullarımızın buraxmalarını istəyirik. Bunu xüsusilə xatırladıram" dedi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol