Son günlər torpaq bazarında aktivlik müşahidə olunur. Hətta bəzi yerlərdə qiymətlər nisbətən qalxıb. Paytaxt ərazisində ən çox və ən az artım olan əraziləri diqqətinizə çatdırırıq.Bir müddətdir ki, durğunluq yaşanan torpaq bazarında yenidən canlanma artıb. Bu aktivlik öz növbəsində qiymətlərdən də yan keçməyib.
Əmlak ekspertlərinin sözlərinə görə, son 2 ayıdır torpaq sahələrinin alınmasına maraq artıb və qiymətlər yanvar ayından etibarən 7 faizə qədər bahalaşıb.
Ekspertin sözlərinə görə, ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanıda müşahidə edilir.
Ekspertin bildirdiyinə görə, torpaq bazarında aktivliyin artmasının digər bir səbəbi də, Bakıətrafı rayonlarda istixana və kiçik ferma təsərüffatlarına marağın artmasıdı.
Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq olur. (Xəzər tv.)


Şərhlər
İş-qohumluq birliklərinin yek büdcədən sildiyi pulların ağırlığı zəif kütlənin üzərinə yatır. Bakı və Abşeronda tikilən darısqal (müvəqqəti) evlər heç də neft adasına yaraşmır. İcralar isə müasir kommunal layihəli yer əvəzinə, daha yüksək rüşvət tələb edirlər. Sonra demokrat utancından massivləri "donuzxana" kimi hasarlayırlar. Zəifləmiş bazar qanunauyğun tənzimlənmir, daha "yüksək iştahla" idarə edilir. Hədsiz torpaq alveri hazır mənzillər və Dövlət inşaatı ilə ucuzlaşmaya imkan vermir.