Menu

Biləsuvarda qadın meyiti tapılıb

20.03.2018, 11:09
Biləsuvarda qadın meyiti tapılıb

Bu gün səhər saatlarında Biləsuvarda naməlum qadın meyiti tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, aparılan araşdırmalar zamanı onun rayon sakini 1948-ci il təvəllüdlü Gülnisə Ağamməd qızı Şirinova olduğu müəyyənləşib.

İlkin ehtimala görə, qadın ürək tutmasından ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol