Menu

Hava xəbərdarlığı - Video

12.07.2014, 13:26
Hava xəbərdarlığı - Video

Bu gün görməli olduğunuz işləri sabaha saxlaya bilərsiniz

Bu gün paytaxtda son günlərin ən yüsək temperaturu müşahidə ediləcək. Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə sabah 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Bu isə sağlamlığında problem olan ürək-damar xəstəliklərindən, hiperrtaniyadan əziyyət çəkən insanlar üçün təhlükəlidir. Həmçinin sağlam insanlar da günorta saatlarnıda 30-40 dəqiqə qalarsa günvurma ola bilər. Bu zaman həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək.

Odur ki, günvurmadan qorunmaq üçün uzun müddət günəş altında qalmaq zərurəti yarandıqda belə baş örtüklərindən istifadə etməli, isti hallarda baş örtüyü vaxtaşırı isladılmalıdır. Günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. Sərinləşdirici içkilər, adi içməli su, qida rasionunda meyvə tərəvəz və göyərtilərə üstünlük verilməlidir. Əgər günvurma baş veribsə zərərçəkmişi soyuq içkilərlə yükləmək olmaz. Bu ürəkdayanmaya səbəb ola bilər.

Elə son günlər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalaranı(TTYS) daxil olan müraciətlərə baxdıqda isti havadan əziyyət çəkənlərin daha çox olduğunu görərik.

TTYS-in baş həkiminin müavini Oqtay Şahmalıyev bilidrib ki ən çox daxil olan çağırışların əksəriyyəti ürək-damar xəstəlikləri ilə bağlıdır. Amma yay mövsümü müddət ərzində digər ilan sancmaları, günvurmalarla bağlı müraciətlər də daxil olur.

Bu gün görməli olduğunuz işləri isə sabaha saxlaya bilərsiniz. Çünki son günlər müşahidə edilən yüksək temperatur sabahdan mülayimləşəcək.

Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva dedi ki, iyulun 13 və 14-ü temperatur 33-35 dərəcə isti olacaq. Bölgələrdə də hava şəraitinin isti keçəcəyi gözlənilir. Amma bəzi yerlərdə yağışlar müşahidə ediləcək.

Bu cür hava şəraiti isə meteohəssas insanlar üçün tə əlverişli hesab edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol