Menu

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb

21.03.2018, 17:36

kanatTufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.

Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol