Menu

Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib

24.03.2018, 00:25
Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 9-cu heç-heçəsini edib.

“Report” xəbər verir ki, şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı.

Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır.

İddiaçılar turniri, XI tur

Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya)

Turnir cədvəli: Karuana - 7 xal, Məmmədyarov - 6,5, Qrişuk - 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik - 5, So - 4,5, Aronyan - 3,5.

Şərhlər

matin 2018-03-24 00:25:59

Fikir verin erməni Aronyan ən aşağı pillədədir. O demək olar ki, bütün rəqiblərinə uduzur, bir Şəhriyar Məmmədyarovdan başqa. Bu rejim isə onu bu yaxınlarda Bakıya gətirmişdi, gəzdirirdi. Bax bu da onların siyasətinin nəticəsi. Əgər Aronyan bir oyunu Şəhriyara uduzsaydı indi Şəhriyar əlçatmaz olardı, və payızda Maqnusla dünya çempionu uğrunda yarışardı. Aronyanın bu hərəkətinə həta on-line comment yazanlar da diqqət yetirib! Təslimçiliyin axırı belə olur, ay erməniseverlər!

pensioner 2018-03-24 00:25:59

Şah!Turnirdə indiyə kimi göstərdiyin nəticə qənaətbəxşdir,amma azdır.Qalan 3 oyunda ən azı 2 xal qazanmalısan.Sənə uğurlar!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol