2017-ci ilin avqustunda Dövlət Bayrağı Meydanından müəmmalı şəkildə sökülən bayraq hələ də yerinə asılmayıb.
Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. 2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulub. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.
Ümumilikdə bayrağı dəyişmə prosesi - 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı “bayraq dəyişmə” prosesi isə hələ ki, 1 il 8 aydır davam edir...
Artıq “texniki baxış “adı altında aparılan yoxlamalar zamanı ərazinin sürüşmə zonası olduğunun aşkara çıxmasına heç kimin şübhəsi yoxdur. Hətta kənardan baxanda meydanda nəzərəçarpacaq çatların yarandığını da müşahidə etmək mümkündür. Bu səbəbdən də meydanın köçürülməsinə qərar verildiyi bildirilir.
Yeni Bayraq Meydanının keçmiş “Sovetski” ərazisində yaradılacağı gələn məlumatlar sırasındadır.
Bir müddət əvvəl məsələ ilə bağlı Dənizkənarı Bulvarİdarəsinin aparat rəhbəri Elmir Bağırov Modern.az-atexniki baxışın yekunlaşmadığını, bayrağın yerinə nə vaxt asılacağı barədə məlumatının olmadığını açıqlayıb:
“Bayraq meydanın yerinin dəyişdirilməsilə bağlı bizdə məlumat yoxdur”.
Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov isə Modern.az-a “Sovetski”də yeni BayraqMeydanının yaradılacağı barədə məlumatsız olduğunu deyib.
Məlumatlı mənbənin saytımıza verdiyi məlumata görə, meydandakı problemlərin aradan qaldırılması üçün xaricdən mütəxəssislər cəlb edilib. Aparılan araşdırmalar zamanı milyonlarla vəsait sərf edilərək yaradılan ərazinin bayraq meydanı kimi qalmasının təhlükəli olduğu müəyyənləşib...

Şərhlər
Buda sizin ginnes rekordunuz, təzə ginnez rekorduna hazır olun......
ALLAH RAZI OLSUN.QANANA SHERHINIZDE HER SHEY ANLADILIB.QANMAZLARA BAYRAQ MEYDANININ INDIKI YERINI.BELELERININ QANDIRILMASI ÜMÜMXALQ ZOPASINDAN KECHER.
Bir kasıb ən cüzi qayda,qanun pozsa onu ciddi cəzalandıracaq hüquq-mühafizə orqanlarımız var.Ancaq iri balinalara toxunan olmur.Onlar cəzasızlıq pruuzumpsiyasından istifadı edirlər və ya yuxarıdan onlara şərait yaradılır.Bura Azərbaycandır.Yazıq millət!
Məncə belə milli idyalogiya ilə heç yerə gedib çıxa bilmərik. Artıq bayraqdan da pul qazanan və neft pullarını sağa-sola səpələyən məmurlarımız cəzalanmalıdır. Necə olurki bir qoşa xətt tapdalamağa görə sürücü azı 40-50 manat cərimələnir, lakin xalqın 100 milyonlarla pulunu göyə sovuran məmura gözün üstə qaşın var deyən yoxdur. Bunun hesabını kimsə soracaqmı? Fikrimcə nə qədər ki ölkədə cəzasızlıq mühüti davam edir inkişaf gözlənilmir. O ki qaldı milli idyalogiyanın və xalqda ruh yüksəkliyi yaratmağa bayrağımız xalqın gücü ilə Xankəndində qaldırmalıyıq. Məncə bura yeni bayraqmız üçün seçilmiş ən gözəl yerdir.
Azərbaycanın Bayraq Meydanının yerini Allah özü müəyyən edib.Oradan qeyri bir yerdə bu Bayraq görünməyəcək,yaxud da sürüşmə baş verəcək.Çünki Bayraq yeyinti üçün bəhanə,yaltaqlıq,satqınlıq rəmzi deyil.Bayraq Dövlətin,Xalqın,Millətin QEYRƏT simvoludur.AZƏRBAYCAN BAYRAĞININ YERİ ŞUŞADA CIDIR DÜZÜNDƏDİR.Bayrağı orada ucaltsaq nəinki Prezident Aparatından.. Dünyadan görsənəcək.Bu bayrağı dələduz iş adamları yox Milli Ordunun Əsgərləri qaldırmalıdır.Əks halda Bayrağımızı adicə küləklər yendirəcək.
O bayrağa görə mən vergi ödəmişəm mənim pulumu kim yeyib burnundan gəlsin.
Yazıq millət. Təhsilini yonəldənlər bisavad, səhiyyənin idarə edənlər xəstə, hüquq-mühafizə siyasətinin icraçıları haqsızlıqin əsas səbəbkarlar , DİN siyasətini müəyyən edənlər Allahsız.....25 ildə görülən işlərində əksəriyyəti avantürist planlarin tərkibi.Nə tikilənlərdən, nədə sokulənlərdən fayda görmür.
Bayrag hovsen qesebesinde beton yol terefde olmasini orda isleyen insanlardan ewitdim.Cox Teessufki Anamozin orpeyi olan Uc Rengli Bayragimizin helede dalgalanmamasi oldugca facievi haldi!!!
Onlara Bayraq yok pul lazım idi onuda yığdılar.
KAS KI BAYRAGIMIZIN EN 35 SM UZUNLUGU 70 SM OLAYDI AMMA AZERBAYCANIN ISTENILEN NOQTESINDE DALGALANAYDI MILYONLARIMIZ HAVAYA HASI NAMAERDIN CIBINE AXMAYAYDI
Yeni Bayraq Meydanın yeri Bibi Heybət ilı üzbə-üz Dağın başında olmalıdır.
Bayraq Meydanı və Bulvar idarələri bir-iki günlük tədarük-hazırlıq və yarım saatlıq özlərinin bayraq dəyişmə işinin icrasını da ABŞdan gözləyirlərmi? Bu Prezidentin yüksək önəm verdiyi Siyasi Məsələdir! Bayrağın sökülməsi də Qarabağ təslimi deyil ki, onun bərpasına da prezidenlərimizin təkrar razılığı gözlənilsin? Ərazinin dənizkənarı yamacına dayanıqsız layihəsinə cavabdeh şirkətlər "Trident Support" və "AzENKO" da məlumdurlar.
Maraqli oduki hec kim bu barede daniwib melumat vermir..men artiq ele inanmiwdimki bayraq ordadir men gormurem