Menu

Azərbaycanlı iş adamı evində ölü tapıldı

24.03.2018, 15:13
Azərbaycanlı iş adamı evində ölü tapıldı

Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-I səhər tezdən qonşuları onun evində aşkarlayıb.

Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildirib.

Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol